Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Millət vəkili MM-də cəmiyyəti narahat edən problemlərdən danışdı: Hər yerdə uşaqlara siqaret satılır…

Q.Paşayeva Milli Məclisin iclasında bir sıra önəmli təkliflərlə çıxış edib.

Boyukmillet.com xəbər verir ki, bu gün Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş işlər planının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib. Q.Paşayeva işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbulunun vacibliyinə toxunub. Distant təhsilin genişlənməsinin vacibliyi, bu məsələnin qanunvercilikdə öz əksini geniş tapmasının önəmini vurğulayan Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən vacib məsələlərdən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini də vurğulayıb və bu məsələnin reallaşmasının aktuallığı ilə bağlı fikirlərini bölüşüb.

Millət vəkili Q.Paşayeva bu məsələlərlə yanaşı 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb. Autizmli uşaqların sayının getdikcə artdığını deyən Q.Paşayeva bu ailələr qanunverici orqandan dəstək gözləyir deyib.

Millət vəkili Q.Paşayeva həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb və həmin məsələlərlə bağlı müvafiq qurumlarla həmin qanunların və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib. Qanunla qadağan olunsa da, bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir deyən Q.Paşayeva qanunda öz əksini tapan bu məsələlərin həyata keçirilməsi istiqamətində qanunu həyata keçirməli olan qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir deyib. Q.Paşayeva cənab Prezidentin 6-cı Çağırış Milli Məclisinin açılışındakı çıxışı, orada verilən önəmli mesajlar  hər birimiz üçün örnəkdir  deyib və çıxışında qaldırdığı məsələlərə də yaz sessiyası çərçivəsində baxılmasını təklif edib.

Millət vəkilinin MM-də çıxışını təqdim edirik:

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …