Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Berdiməhəmmədov koronavirusdan qorunmağın ASAN YOLUNU AÇIQLADI

Türkmənistən prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclası zamanı vətəndaşlara koronavirusdan qorunmaq üçün üzərlik yandırmağı tövsiyə edib.

Ölkə lideri türkmən xalqının əsrlər boyu zərərli vərdişlərdən qorunmaq və müxtəlif infeksion xəstəliklərdən müdafiə üçün qədim xalq təbabətindən istifadə etdiyini xatırladıb.

“Müdrik əcdadlarımız ənənəyə sadiq qalırdılar: mühüm hadisələr zamanı üzərlik yandırırdılar”, – deyə o bildirib.

Berdiməhəmmədov vurğulayıb ki, müqəddəs bitki hesab olunan üzərliyi yandırmaq ənənəsi bu gün də davam edir. Onun sözlərinə görə, bu bitkinin tüstüsü müxtəlif virusların insan orqanizminə daxil olmasının qarşısını alır.

Qeyd edək ki, indiyə kimi Türkmənistanda koronavirusa yoluxma halı qeydə alınmayıb. (yenisabah.az)

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …