Bazar , 22 Dekabr 2024
Drone Cameras

Baş nazirin müavini BƏƏ-də keçirilən forumda iştirak edib

Birləşmiş Ərəb Əmirliklərinin Şarca Əmirliyində VI Beynəlxalq Hökümət Rabitəsi Forumu öz işinə başlayıb.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən “Report”a verilən məlumata görə, Şarca Əmirliyinin hakimi Şeyx doktor Sultan bin Məhəmməd Əl-Qasiminin himayəsi altında keçirilən forumda Azərbaycanı fəxri qonaq qismində baş nazirin müavini Əli Əhmədov təmsil edir.
Tədbirin açılış mərasimindən əvvəl Şarca Əmirlyinin hakimi ilə Əli Əhmədov arasında görüş keçirilib. Əli Əhmədov iki ölkəni birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycan hökumətinin BƏƏ ilə əlaqələri bütün sahələrdə inkişaf etdirmək marağında olduğunu bildirib.
O, həmçinin Şarca Əmirliyi hakimini Prezident İlham Əliyevin adından Azərbaycana rəsmi səfərə dəvət edib və bu səfərin tərəflər arasında əlaqələrin inkişafında müstəsna əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Şeyx Əl-Qasimi iki dövləri və xüsusən də ölkə liderlərini birləşdirən əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Daha sonra VI Beynəlxalq Hökumət Rabitəsi Forumunun açılış mərasimində Şarca Əmirliyi hakiminin ardınca çıxış edən Əli Əhmədov dövlət başçısının salamlarını və müraciətini Forum iştirakçılarına ünvanlayıb.
Azərbaycan Prezidentinin müraciətində VI Beynəlxalq Hökumət Rabitəsi Forumunun müasir dünyanın üzləşdiyi qlobal çağırışlar fonunda keçirilməsinin əhəmiyyəti, dünya miqyasında əlaqələndirmə işlərinin təmin edilməsinin müasir rabitənin bilavasitə iştirakını şərtləndirdiyi vurğulanıb. Azərbaycan hökumətinin BMT-nin 2030-cu ilədək olan dövr üçün Dayanıqlı İnkişaf Məqsədlərini qətiyyətlə dəstəklədiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Prezidentin müraciətinin yekun hissəsində Azərbaycan hökumətinin nümayəndəsi qonaqların diqqətini ölkəmizdə müşahidə edilən sürətli və dayanıqlı inkişafın Ermənistanın Azərbaycan ərazilərinin 20%-nin işğalı və bu işğalın nəticəsi olaraq 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması fonunda gerçəkləşdirildiyini vurğulayıb və işğalın aradan qaldırılmasının Azərbaycan və bölgə üçün daha geniş imkanlar mənasını daşıdığını xüsusilə qeyd edib.
Forumun ilk günü Şeyx doktor Sultan bin Məhəmməd Əl Qasiminin adından fəxri qonaq qismində iştirak edən Əli Əhmədovun şərəfinə ziyafətlə sona çatıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir