Bazar , 22 Noyabr 2026
Drone Cameras

Sumqayıtda yaşayış binası yandı

Sumqayıtda yaşayış binasında yanğın olub.

APA-nın verdiyi xəbərə görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisindəki binalardan birində qeydə alınıb. Yaşayış binasının 3-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Check Also

Özəl tibb müəssisələri üçün icbari tibbi sığorta müraciətləri elektron qaydada qəbul olunacaq

Yaxın günlərdə özəl tibb müəssisələrində vətəndaşlara icbari tibbi sığorta hesabına xidmət göstərilməsi istiqamətində müraciətlər artıq …