Bu mözuda Yeni yaranan Turan Partiyasının Başqanı Cahandar Bayoğlu sosial şəbəkələrdə aşağıdakı vacib təkliflərlə çıxış edib. Son bir neçə ayda koronavirus terroru bütün dövlətləri təkləməyə və təcridləşdirməyə məcbur edərək hər kəsi özünə tabe etdirməkdə davam edir. Yaranmış belə bir durumdan çıxmaq yollarını aramaq hər bir dövlətin borcudur. Azərbaycan və digər Türk Dövlətləri birlikdə bu ağır durumdan az itkiylə çıxmağa ən şanslı dövlətlərdir. Bunun üçün də Türk Dövlətləri :
1. Qarantin qalmaqla ortaq iqtisadi məkana keçməlidir,2. Digər dövlətlərdən qida asılılığından azad olmaq üçün, ticarəti sərbəstləşdirilməlidir,3. Öz aralarında alqı – satqı milli valyutalarla olmalıdır,4. Dünya Bazarında güclənmək üçün ortaq istehsala üstünlük verilməlidir,5. Milli valyutalarla yanaşı, ortaq valyutanın da dövrəyə buraxılması həyata keçirilməlidir və Ortaq Türk Bankı qurulmalıdır. Bütün iqtisadi əlaqələrin tənzimlənməsi üçün yerli qanunlara yenidən baxılmalı, ortaq idarəçilik gerçəkləşməlidir. Türk Dövlət Başçılarından ibarət olan qurum işlək şəkildə təşkilatlanmalıdır.