Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya hantavirusa yoluxma sayına görə dünyada ikinci yerdədir

Rusiya hantavirusa yoluxma sayına görə dünyada Çindən sonra ikinci yerdədir.

Bu barədə “İzvestiya” xəbər yayıb.

Məlumata görə, təhlükəli regionlar siyahısına Povoljye bölgəsi, Başqırdıstan Respublikası və Soçi şəhəri daxildir. Xüsusilə ağır vəziyyət 2019-cu ilin qışında Saratov vilayətində qeydə alınıb. Həmin vaxt “Kumısnaya Polyana” təbii parkında təxminən üç min insan yoluxub.

Nəşr vurğulayıb ki, hazırda Rusiyada hantavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün testlər və müvafiq vaksin (klinik sınaqları hələ başa çatmayıb) hazırlanıb.

Mənbə onu da xatırladıb ki, hantavirusun insandan insana ötürülməsinə rast gəlinməyib.

Qeyd edək ki, bir müddət əvvəl Çində bir kişi hantavirusdan ölüb. Yunnan əyalətinin sakini olan həmin şəxs Şandun yarımadasına gedən ictimai nəqliyyatda vəfat edib. Həkimlər eyni avtobusda olan bütün sərnişinləri yoxlamadan keçirib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …