Bu REAL TV və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsidir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Twitter” hesabından paylaşım edərək REAL TV ilə birlikdə yeni layihəyə başlayacaqlarını qeyd edib.
Martın 27-dən etibarən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayır.
Azay Quliyev paylaşımda bunları qeyd edib: “Əminəm ki, QHT-lər bu mühüm kampaniyada yaxından iştirak etməklə vətəndaşların xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması işinə töhvə verəcək, yaşı 65-dən yuxarı olan soydaşlarımızın üzləşdiyi çətinliklərin həllinə yardım edəcəklər”.