Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya prezidentindən MDB dövlətlərinə terror xəbərdarlığı

Vladimir Putin: “Ölkələrimizdən hər biri terror hücumlarının mümkün potensial obyektidir”

 “Sankt-Peterburq metrosunda baş verən partlayış təsdiq edir ki, terror təhlükəsi ilə bağlı situasiya yaxşılaşmır, MDB-nin hər bir ölkəsi praktiki olaraq terror aktlarının potensial obyektidir”. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Biz görürük ki, situasiya təəssüf ki, yaxşılaşmır. Bunun ən bariz nümunəsi bu yaxınlarda Sankt-Peterburqda baş verən faciəvi hadisələrdir. Terror aktı nəticəsində insanlar öldü, çoxlu zərərçəkən oldu” — deyə Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə deyib. “Biz bilirik ki, ölkələrimizdən hər biri, praktiki olaraq hər biri, terror hücumlarının potensial obyektidir. Bizim ölkələrimizə qarşı çoxsaylı digər təhdidlər də var” — deyə prezident əlavə edib.

sputnik.az

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir