Şənbə , 20 Aprel 2024
Drone Cameras

Nazim İbrahimov: “ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanın və Rusiyanın maraqlarına uyğun deyil”

“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması strateji tərəfdaş olan Azərbaycan və Rusiyanın maraqlarına uyğun deyil”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

“Ümumrusiya Azərbaycan Konqresi Azərbaycan xalqınını ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılmış bir təşkilatdır. ÜAK-ın fəaliyyətinin prioritet istuqamətlərindən biri iki ölkə arasında tərəfdaşlıq, dostluq əlaqələrinin inkişafına xidmət etməkdir”, – N.İbrahimov vurğulayıb

“İnanırıq ki, Rusiyanın müvafiq qurumları ÜAK-ın dövlətlərimiz arasında münasibətlərin inkişafında, xalqlarımızın dostluq əlaqələrinin möhkəmlənməsindəki rolunu nəzərə alacaq. Bu təşkilat Rusiyada yaşayan soydaşlarımız arasında birliyin, həmrəyliyin möhkəmlənməsində, eləcə də həmvətənlərimizin cəmiyyətə inteqrasiyasında mühüm rola malikdir, indiyə qədər bir sıra uğurlu layihələrə imza atıb, Rusiyanın demək olar ki, bütün regionlarında bölmələri fəaliyyət göstərir”, – Komitə sədri deyib.

Onun sözlərinə görə, ÜAK hər zaman Rusiya Federasiyasının qanunlarına uyğun olaraq, fəaliyyət göstərməyə, ölkədə millətlərarası etimadın, mədəniyyətlərarası dialoqun, dini və etnik tiolerantlığı inkişafına töhfə verməyə çalışıb: “Ona görə də hesab edirik ki, bu təşkilatın fəaliyyəti azərbaycanlılar üçün də olduqca mühüm əhəmiyyət kəsb edir”.

Dövlət Komitəsinin sədri Rusiyanın müvafiq qurumlarının ÜAK haqqında ədalətli və mübət qərar qəbul edəcəyinə inamını ifadə edib. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir