Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Bəzi media orqanları və sosial şəbəkə fəallarından yüksək karantin şəraitlərini gözdən salmağa yönəlik təxribatçı yalanlar…

Məlum olduğu kimi, koronavirus pandemiyasının qarşısının alınması üçün Azərbaycan dövləti silsilə tədbirlər görür. Onlardan ən başlıcası ölkəyə xaricdən gələn vətəndaşlarımızın müvəqqəti olaraq karantin rejimində saxlanmasıdır. Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkə fəalları məqsədli şəkildə karantində saxlananlarla bağlı yanlış məlumatlar dövriyəyə buraxır. Həmin məlumatlarda qeyd olunur ki, güya vətəndaşlara yemək vaxtlı-vaxtında verilmir. Hətta bəziləri bir qədər də irəli gedərək, ordakı şəraiti “konslager” – həbs düşərgələrilə müqayisə etmək kimi yanlış təsəvvürlər formalaşdırmağa can atırlar.

Məsələn, bir misala diqqət edək. Türkiyədən vətənə qayıdan tələbələrin bir çoxu Naxçıvanda “Duzdağ” kimi tanınan və şöhrəti bütün dünyaya yayılan Fizioterapiya Mərkəzinə yerləşdirilib. Təəssüf ki, bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri oranı mağara kimi təqdim etməyə çalışdılar. Belə misalları çox çəkmək olar. Respublikamızın şimal sərhədlərinə yaxın ərazilərdə karantinə yerləşdirilən vətəndaşlarımızla da bağlı anoloji məzmunlu xəbərlər paylaşılır. Bu istiqamətdə daha çox xaricdən idarə olunan KİV və sosial şəbəkələrdəki səhifələrin fəallığı nəzərə çarpır. İndi gəlin, vətəndaşlarımıza yaradılan karantin şəraiti ilə bağlı Prezidentin söylədiyi fikirlərə nəzər salaq. Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirakı zamanı çıxışında bildirib ki, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq:“Hesab edirəm, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi, hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümlədən, mindən çox insan Atletlər kəndində saxlanılır. Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər – yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”.

Göründüyü kimi, ölkə başçısı vətəndaşlarımızın 4-5 ulduzlu otellərdə karantində saxlanıldığını deyir. Hətta konkret olaraq otellərin adı da çəkilir. Orda saxlanılan vətəndaşlarımızın bütün xərclərinin dövlətimiz tərəfindən ödənildiyi bildirilir. Belə olan halda bir nəticəyə gəlmək mümkündür: karantin şəraiti ilə bağlı dövriyyəyə buraxılan təxribatçı xəbərlər yalnız görülən müsbət işlərə kölgə salmaq məqsədi daşıyır.

Bəzi media orqanları və sosial şəbəkə fəallarından yüksək karantin şəraitlərini gözdən salmağa yönəlik təxribatçı yalanlar… Məlum olduğu kimi, koronavirus pandemiyasının qarşısının alınması üçün Azərbaycan dövləti silsilə tədbirlər görür. Onlardan ən başlıcası ölkəyə xaricdən gələn vətəndaşlarımızın müvəqqəti olaraq karantin rejimində saxlanılmasıdır. Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkə fəalları məqsədli şəkildə həmin karantinlərdə saxlanılanlarla bağlı yanlış məlumatlar dövriyəyə buraxırlar. Həmin məlumatlarda qeyd olunur ki, güya vətəndaşlara yemək vaxtı-vaxtında verilmir. Hətta bəziləri bir qədər də uzağa gedərək, ordakı şəraiti konslagerlərlə müqayisə etmək kimi yanlış təsəvvürlər formalaşdırmağa can atırlar. Məsələn, bir misala diqqət edək. Türkiyədən vətənə qayıdan tələbələrin bir çoxu Naxçıvanda “Duzdağ” kimi tanınan və şöhrəti bütün dünyaya yayılan Fizioterapiya Mərkəzinə yerləşdirilib. Təəssüf ki, bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri oranı mağara kimi təqdim etməyə çalışdılar. Belə misalları çox çəkmək olar. Respublikamızın şimal sərhədlərinə yaxın ərazilərdə karantinə yerləşdirilən vətəndaşlarımızala bağlı da anoloji məzmunlu xəbərlər paylaşılır. Bu istiqamətdə daha çox xaricdən idarə olunan KİV və sosial şəbəkələrdəki səhifələrin fəallığı nəzərə çarpır. İndi gəlin vətəndaşlarımıza yaradılan karantin şəraiti ilə bağlı Prezidentin söylədikləri fikirlərə nəzər salaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirakı zamanı çıxışında bildirib ki, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq: “Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır. Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər – yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”. Göründüyü kimi, ölkə başçısı vətəndaşlarımızın 4-5 ulduzlu otellərdə karantində saxlanıldığını deyir. Hətta konkret olaraq otellərin adı da çəkilir. Orda saxlanılan vətəndaşlarımızın bütün xərclərinin dövlətimiz tərəfindən ödənildiyi bildirilir. Belə olan halda bir nəticəyə gəlmək mümkündür. Karantin şəraiti ilə bağlı dövriyəyə buraxılan təxribatçı xəbərələr görülən müsbət işlərə kölgə salmaq məqsədini daşıyır.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …