Çərşənbə , 8 May 2024
Drone Cameras

Naxçıvanda yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işləri görülür

Naxçıvan şəhərinin küçə və prospektləri yoluxucu xəstəliklərə qarşı dezinfeksiya olunub.
Boyukmillet.com xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə erkən saatlarda, yollarda hərəkətin daha az olduğu vaxtlarda xüsusi məhlul vasitəsilə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işlərinə 40 nəfərlik heyət və xüsusi xidməti avtomaşınlar cəlb edilib.
Dezinfeksiya işləri magistral yollarda, körpülərdə, Naxçıvan Beynəlxalq Hava Limanına gedən yollarda, ümumiyyətlə, hərəkətin intensiv olduğu bütün yollarda aparılıb.
Qeyd edək ki, dezinfeksiya işləri yaşayış massivlərini, park və xiyabanları, ictimai-iaşə obyektlərini də əhatə edib. Bu tədbirlər bundan sonra da davam etdiriləcək.
   

   

   

   

   

   

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …