Bazar , 15 Noyabr 2026
Drone Cameras

Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? – RƏSMİ CAVAB

Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, – deyə E. Zahidov vurğulayıb.

Check Also

Səfir: Britaniya şirkəti Naxçıvan şəhərinin baş planını hazırlayır.

Böyük Britaniya Naxçıvanla dörd sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Naxçıvanda səfərdə olan Britaniyanın Azərbaycandakı …