RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI VƏ DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə yaradılmış operativ qərargaha dünyada yayılmaqda davam edən epidemiya ilə əlaqədar edilən müraciətlərin sayı artmaqdadır. Təşkilata ünvanlanan sorğu sırasında çətin vəziyyətdə qalmış yaşlı nəslin müraciətlərinə daha fəal şəkildə cavab verilməkdədir.
RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI VƏ DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT Fondunun prezidenti Fizuli Məmmədovun göstərişi əsasında Sankt-Peterburq və Leninqrad vilayətindəki RAİ-nin nümayəndələri Naib Paşayev, Elçin Ağayev və Xəyal Nəsibov “Biz birlikdəyik” xeyriyyə aksiyasında iştirak ediblər. Təqaüdçülərə yardım göstərilərək, ərzaq səbətləri paylanılıb.
Aksiyada iştirak edən RAİ-nin Leninqrad vilayəti üzrə nümayəndəsi Naib Paşayev təqaüdçülər qarşısında çıxış edərək ümumi fəlakətə, yalnız birlikdə qalib gəlməyin mümkünlüyünü qeyd edib.
“Biz bir xalqıq, bir-birimizə kömək etməliyik, xüsusən də ümumi evimizə belə bir fəlakət gələndə!” deyə N.Paşayev vurğulayıb.