Ictimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzi (İSBAM) koronavirus pandemiyası ilə bağlı elan olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, maddi vəziyyəti ağır olan 20 ailəyə 50 (əlli) manat həcmində nağd pul şəkilində maddi yardım edib. Boyukmillet.com xəbər verir ki İSBAM sədri Samir Adıgözəlli bildirdi ki, həmin vəsaiti xaricdə yaşayan, lakin adının çəkilməsini istəməyən bir soydaşımız göndərib:
“Bu gün 20 ailəyə yardım etdik. Yardım etdiyimiz ailələrin heç birinin şəkilini çəkmədik və adlarının da adının hallanmasını istəmirik. Əsas odur ki, belə çətin vəziyyətdə kimlərəsə köməyimiz dəyə bildi. Mən bütün imkanlı adamaları belə təşəbbüsə qoşulmağa çağırıram. Amma xahiş edirəm ki, edilən yardımlara heç bir şou, reklam kaloriti qatmasınlar”.