Bazar , 7 Dekabr 2025
Drone Cameras

Ali Məclisə yeni şöbə müdiri təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 9-da Ramil Nəbiyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com-un məlumatına görə Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramil Aslan oğlu Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin müdiri təyin edilsin”.

Qeyd edək ki, Ramil Nəbiyev bundan əvvəl həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışıb.

Check Also

“Halal” adı ilə donuz əti konservi satılır – Əhaliyə xəbərdarlıq

Ekspert deyir ki, istehlakçının aldadılması qanunvericiliyin kobud şəkildə pozulması sayılır; AQTA inkar edir: “Qeyd olunan …