Cümə , 27 Fevral 2026
Drone Cameras

Korsikada partlayış bank binasını dağıdıb

Fransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış “Société Générale” bankının ofisinin binasını dağıdıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, partlayıcı qurğunun işə düşməsi ilə ofisin binasına ciddi ziyan dəyib. Partlayış dalğası həmçinin yaxınlıqdakı mağazanın şüşələrini çilik-çilik edib.

Hadisə yerində partlayıcı üzrə mütəxəssislər və polis çalışır.

Hələlik baş verən partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir