Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Xarkov vilayət rəhbərliyindən fəxri konsulluğa təşəkkür

 Ukraynanın Xarkov vilayət rəhbərliyi Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanova təşəkkür məktubu ünvanlayıb. Məktubda koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının  Ukraynaya göstərdiyi tibbi ləvazimat yardımına, eləcə də fəxri konsulluq tərəfindən Xarkov vilayətinə göstərilmiş tibbi yardıma görə minnətdarlıq bildirilir. Qeyd edək ki, son bir ayda bir neçə dəfə Azərbaycanın Xarkovdakı fəxri konsulluğu tərəfindən Sumi və Xarkov vilayətlərindəki xəstəxanalara tibbi ləvazimatlar dəstəyi göstərilmişdir.

Check Also

BDU dekan vəzifəsinə müsabiqələr elan etdi

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub. Bu …