Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İran öz gəmisinə səhvən raket zərbəsi endirdi : 19 ölü, 15 yaralı

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub. 

Boyukmillet.com xəbər verir ki,  bu barədə “Tasnim” xəbər agentliyinin əməkdaşı Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb.

Hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub. Gəmidə baş verən partlayışda onlarla insan yaralanıb, azı iki nəfər ölüb. Hadisə nəticəsində “Konarak”ın batdığı iddia edilir.

İran Hərbi Dəniz Qüvvələrinin təlimində azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …