Koronavirus pandemiyasının başlanğıcından etibarən Azərbaycan Respublikasının və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasəti dəyişməz olaraq qalır: “Dünyanın hansı yerində olmağından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına yardım göstərmək”.
Birlәşmiş Ukrayna-azәrbaycanlıları konqresindәn Boyukmillet.com-a verilәn mәlumata әsasәn karantin dövründә 1500-ә yaxın sosial yardıma ehtiyacı olan ailәlәrә yardım göstәrilib. Bildirilir ki, Odessa şәhәrindә 400, Çernovçı 200, Lvov 100, Krivoy 100, Dnepr 200, Kiyev 200, Xarkov vә digәr bir sıra şәhәrlәrdә müharibә veteranları vә aztәminatlı ailәlәrә qida yardımı göstәrilmişdir. Nikolayev şəhərində isə konqresin göstərdiyi yardımlar iş adamı Fərrux Şahbaba oğlunun dəstəyi ilə çatdırılmışdır.
Konqres eyni zamanda Dneprpereovski şәhәr klinik xәstәxanasına qoruyucu tibbi lәvazimatlar tәqdim etmişdir. Birlәşmiş Ukrayna-azәrbaycanlıları konqresindәn qeyd edilir ki, hal-hazırda da karantin dövrü davam etmәkdә olduğuna görә konqres müxtәlif şәhәrlәrdә icra qurumları ilә birlikdә sosial yardıma ehtiyacı olan ailәlәrә dәstәyini davam etdirmәkdәdir.