Növbəti diaqnostik qiymətləndirməyə start verilib.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllim iştirak edəcək.
Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də cəlb olunub.
Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 gün davam edəcək.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq.
Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
Check Also
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …
Boyukmillet.com Biz yanmasaq vətən yanar