Cümə , 12 Dekabr 2025
Drone Cameras

Ukrayna Premyer Liqasının formatı dəyişdiriləcək

Gələn mövsüm Ukrayna Premyer Liqasında “pley-off” sistemi tətbiq olunacaq.

“Report”un məlumatına görə, bu barədə Liqanın prezidenti Vladimir Geninson Kiyevdə klub rəsmiləri ilə görüş zamanı açıqlama verib. O bildirib ki, yeni format aprelin 26-dək qəbul olunacaq: “12 komandanın iştirakı ilə 4 dövrədən ibarət çempionat keçirəcəyik. 2 mərhələnin hər biri 2 dövrəli olacaq. Hazırkı mövsümlə müqayisədə əsas fərq “pley-off” sistemidir. Bizə iki gün vaxt verin ki, qərarımızı rəsmən açıqlayaq”.

Qeyd edək ki, hazırda Ukrayna Premyer Liqasında Azərbaycan yığmasının futbolçularından Dmitri Nağıyev “Dnepr”də, Pavel Paşayev isə “Stal”da çıxış edir.  

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir