Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Hökumət “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib

Nazirlər Kabineti “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib.
“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.
Sənədlə “Akkreditasiya olunacaq şəxslərin dairəsi”, “Akkreditasiyadan keçmə Qaydası” və “Akkreditasiya kartının forması” təsdiqlənib.
Sənədlə Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanlarına akkreditasiya sisteminin təşkili və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmələri tapşırılıb.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir