“Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazəverilə bilər”.
Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı bildirib.“Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq”, – deyə Ramin Bayramlı bildirib.Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib.