Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

“ASAN Məktub” cəbhə bölgəsində

“ASAN Məktub” Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsilə birgə cəbhə bölgəsindən olan uşaqları sevindirib.

Ağdam, Goranboy, Tərtərin cəbhəyanı ərazilərində yaşayan balacaların bir müddət əvvəl öz istəklərini yazdıqları məktublar Asanmektub.az saytına yerləşdirilmiş və qısa müddət ərzində xeyirsevər vətəndaşlar tərəfindən öhdəçiliyə götürülmüşdür.

Vətəndaşlar tərəfindən alınmış hədiyyələr, “ASAN Məktub” komandası və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə öz balaca sahiblərinə çatdırılıb.

Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Belə ki, “ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir