Bazar , 22 Dekabr 2024
Drone Cameras

ABŞ hərbçiləri Türkiyənin bombaladığı PKK-çıları ziyarət etdi

Türkiyənin başına 400 milyon qoyduğu terrorçu ABŞ hərbçiləri ilə şəkl çəkdirdi

Türkiyə Silahlı Qüvvələrinin aprelin 25-də Suriyanın şimalındakı PKK-nın Suriya qolu YPG terror təşkilatının hədəflərini bombaladıqdan sonra, ərazini dərhal ABŞ əsgərləri ziyarət etmişdi.

Avropa.info xəbər verir ki, YPG-yə dəstəyini ifadə etmək üçün əraziyə gələn ABŞ zabitlərinin fotolarını nüfuzlu “Reuters” agentliyi yaymışdı.

Yayılan fotolarda ABŞ zabitlərinin yanında duran şəxslərdən birinin PKK terror təşkilatının üzvü, Türkiyənin başına 4 milyon mükafat qoyduğu “Şahin Cilo” kod adlı Abdi Fərhad Şahin olduğu üzə çıxıb.

Abdullah Öcalanın Suriyadan çıxarıldığı dövrdə PKK-nın Avropa üzrə məsuliyyətli şəxsi olan Şahin bir neçə il bundan öncə Kobanidə üzə çıxmışdı.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner keçirdiyi gündəlik mətbuat konfransında məsələylə bağlı açıqlama verməkdən yayınıb.
“Həmin fotoları mən görməmişəm. Amma yüksək səviyyəli hərbçilərimizin PKK liderləri ilə əl sıxdığı və ya görüşdüyü istiqamətindəki xəbərlərin araşdırılmasını istəyirəm” -deyə Toner qeyd edib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir