Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin şagirdləri arasında yaz mövsümü ilə əlaqədar aparılan profilaktik müayinələr başa çatıb.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ümumilikdə 40 min 349 şagird tibbi müayinəyə cəlb olunub.
Nazirlikdən bildirilib ki, müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.
Müayinələrin sonunda 1769 nəfər dispanser qeydiyyatına götürülüb.
Check Also
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
