Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanda nazirliyin 7 əməkdaşı koronavirusa yoluxdu – ŞÖBƏ BAĞLANDI

İyun ayının 8-i DSMF-in Qobustan şöbəsinin müdiri İrşad Həsənov da daxil olmaqla, 7 nəfər əməkdaşda koronavirus (COVİD-19) test nəticələri pozitiv çıxıb.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. O bildirib ki, şöbə müdiri hazırda xəstəxanada müalicəsini davam etdirir, digər əməkdaşlar isə evdə müalicə alır:

“Bu gün Şöbədə infeksiyaya qarşı xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra şöbə fəaliyyətinə əvvəlki qaydada davam edəcək. Qeydə alınan yeganə fakt bundan ibarətdir, nazirliyin digər əməkdaşları arasında bənzər hal müşahidə edilməyib”, – deyə F.Talıbov vurğulayıb

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …