Cümə axşamı , 14 Noyabr 2024
Drone Cameras

Xarkov şəhərində “Müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində Heydər Əliyevin rolu” mövzusuda dəyirmi masa keçirilib

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə , Xarkov Vilayətinin elm və mədəniyyət adamları, diplomatlar və diaspora nümayəndələri iştirak ediblər.
Xarkov şəhərindəki fəxri konsulluğunun təşkilatçılığı ilə keçirilən dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin zəngin fəaliyyətini özündə əks etdirən film nümayiş etdirilib .
Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, Azərbaycan xalqının əsrlər boyu dövlət müstəqilliyi uğrunda apardığı mübarizə tarixindən bəhs edib. Tarixin bütün dönəmlərində erməni və onlara havadarlıq edən xarici dövlətlər tərəfindən müstəqil Azərbaycan dövlətinin qurulmasına arxadan zərbələr vurulduğunu xatırladan diplomat, 1988-93-cü illərdə də eyni ssenari ilə torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd yerlərindən didərgin salındıqlarını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Əfqan Salmanov 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. 15 iyun milli qurtuluş gününü müstəqil Azərbaycan dövlətinin zülmətdən işığa boylanan şərəf və şan tarixi adlandırıb. Diplomat, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin müdrüklük və dahilik missiyasından bəhs edərək, bu gwn Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf edərək dünyanın ən aparıcı dövlətləri arasında nüfuz sahibinə çevrildiyini vurğulayıb.
Tədbirdə Xarkov Vilayət Şurasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Nataliya Zorçenko, Qazaxıstanın Xarkov şəhərindəki fəxri konsulu Emil Nəcəfli, Albaniyanın Xarkov şəhərindəki fəxri konsulu Şahin Ömərov, Xarkov şəhərindəki Azərbaycan Dostluq cəmiyyətinin sədri Murad Ömərov və digər şəxslər çıxış edərək, Azərbaycanla Ukrayn arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında dahi Heydər Əliyev şəxsiyyətinin müstəsna rol oynadığını vurğulayıblar. Azərbaycanı bölgənin lider, beynəlxalq arenanın qüdrətli dövlətinə çevirən Heydər Əliyev ideyalarının dünya durduqca yaşayacağını bildirdilər.

Check Also

Prokurorluq vətəndaşın polis tərəfindən şərləndiyini təsdiqləyib

Şəmsiyyə Manafova bir ildən sonra azadlığa buraxılıb Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini Şəmsiyyə Manafovanın …