Cümə , 22 Noyabr 2024
Drone Cameras

Az təsadüf edilən neqativlərə görə polis adına xələl gətirməyək

Azərbaycan polisləri vəzifə borclarını
şərəflə yerinə yetirirlər. Onları sevmək, yeri gələrsə onları qorumaq bizim də üzərimizə düşür.
Bir neçə gün əvvəl baş verənlər düşünürəm ki, nəyinsə müqabilində yaradılan kampaniyadır. Polisimizin minlərlə etdiyi gözəl işlərin də izləyiciləriyik. Onların xidməti xalqın gözü önündədir. Yaddan çıxarmayaq ki, polisin xidməti dövlətin qanunlarının və xalqımızın təhlükəsizliyinin keşiyində durmaqdır. Onlar bu işi şərəflə yerinə yetirirlər. Polisi təhqir etmək dövləti, qanunu təhqir etməyə bərabərdir.
Bütün sahələrdə iş olan yerdə nöqsan da olur.
Bir-iki nəfərlə bunu DİN-nin bütün şəxsi heyətinə şamil etmək insafsızlıqdır. Təəssüf edirəm ki, belə hallarla rastlaşırıq.
Karantin dövründə evdən çıxmağa ( zibil atmağa belə) qadağa qoyulması ilə bağlı dəfələrlə qanunlar haqqında məlumat verilməsinə baxmayaraq, qanunu pozmağa çalışanlar oldu. Belə həssas məqamda qanuna riayət edənlər gərək, karantin dövrünün qanunlarını pozanların cəzalandırılmasında polisi günahkar hesab edənlərə qarşı, tövsiyələrlə çıxış etməli, polisin haqlı olduğunu bildirməli və qanunlara tabe olmağa çağrış etməli idilər.
Buna çox az sayda rast gəldik və belə olan halda bədxahlarımız fəallaşdılar.
Başa düşmək lazəımdır ki, karantin tək bizim ölkədə deyil, bütün dünya bu bəla ilə üz-üzə qalmışdır.Qadağalar isə xalqın sağlamlığı üçündür. Polislərimizin qanuni tələblərinə hamılıqla əməl etmək lazımdır..
Xalqımız Azərbaycan polisini sevir və onlarla qürur duyuruq. Az təsadüf edilən neqativlərə görə polis şərəfinə xələl gətirməyək.
Bu çətin dövrdə bədxahlara fürsət verməyək, polislərimizə sevgimizi bildirək, onlara balkonlarımızdan ÇİÇƏKLƏR ataq.


AJB üzvü Yasəmən Möhübbətqızı.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …