Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanda yüksək vəzifəli şəxslər saxlanıldılar

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.


BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözü gedən qurumda çalışan Elçin Ələkbərov saxlanlıb.


Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinir. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb.


Bundan əlavə DSMF nun Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …