Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

“Dünya miqyasında Azərbaycan diplomatiyasının uğurları, güclənməsi Heydər Əliyevlə bağlıdır”

"Dünya miqyasında Azərbaycan diplomatiyasının uğurları, güclənməsi Heydər Əliyevlə bağlıdır" “Dünya miqyasında Azərbaycan diplomatiyasının uğurları, güclənməsi Heydər Əliyevlə bağlıdır”

“Azərbaycan bu gün beynəlxalq aləmdə kifayət qədər uğurlara imza atıb və hazırda Azərbaycanın təcrübəsi dünya üçün bir nümunədir”. 

Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.

O bildirib ki, Azərbaycan Respublikası hazırda dünya birliyində nüfuz və söz sahibidir, eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarda, istər Birləşmiş Millətlər Təşkilatında, istər AŞPA-da, istər ATƏT-də, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında nüfuz sahibidir və eləcə də Qoşulmama Hərəkatına 3 il müddətinə sədrlik edir: “Dünyanın Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük nüfuzlu beynəlxalq qurumu olan Qoşulmama Hərəkatının artıq ilk Zirvə görüşü də ölkəmizdə keçirildi. Azərbaycan bu nailiyyətləri pillə-pillə əldə edib. Bunun əsası Ümumilli Lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra qoyulub. 1993-cü ildə ölkəmiz parçalanma təhlükəsi ilə üzləşmişdi. 2 gün sonra biz atıq Milli Qurtuluş Gününün 27-ci ildönümünü qeyd edəcəyik. Əgər 1993-cü ildə Heydər Əliyev yenidən xalqın dəvəti ilə hakimiyyətə qayıtmasaydı təbii ki, Azərbaycanın bugünkü uğurlarından danışmaq olmazdı.

Dünya miqyasında Azərbaycan diplomatiyasının uğurları, iqtisadi qüdrətinin gücləndirilməsi, təbii ki, Heydər Əliyevlə bağlıdır. Bu uğurlu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev davam etdirməyə başladı. Heydər Əliyevin hakimiyyəti dövründə Əsrin Müqaviləsi imzalandı və Azərbaycan bununla bütün dünyaya sübut etdi ki, müstəqil bir dövlət olaraq özünün taleyinə məhz, özü qərar verə bilrə. Bundan sonra Azərbaycan böyük bir enerji ölkəsinə çevrildi və bir enerji ölkəsi kimi dünyanın xəritəsini dəyişməyə başladı. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində böyük bir nüfuza malikdir. Azərbaycan baxmayaraq ki, Ermənistan tərəfindən işğala məruz qalıb. Lakin, ölkəmizin ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Heç bir dövlət qondarma, seperatçı rejimi tanımır. Bu Azərbaycan diplomatiyasının, ölkəmizin dünya birliyindəki nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan ordusu gücünə görə dünyanın 50 ölkəsindən biridir. Bu baxımdan təsadüfi deyil ki, Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq quruma bu gün sədrlik edir”.

Rufiz Qonaqovun sözlərinə görə, qısa bir müddətdə müstəqilliyimizi bərpa etməyimizə baxmayaraq, bu gün ölkəmiz Birləşmiş Millətlər təşkilatı kimi nüfuzlu qurumun qeyri-daimi üzvü olaraq Təhlükəsizlik Şurasına da rəhbərlik edir: “Halbuki bu rəhbərlik missiyasına xeyli sayda dövlətlər namizəd idi. Azərbaycanla bütün dünya birliyinin ölkələri, o cümlədən də Avropa strukturları hesablaşırlar. Azərbaycanla bu gün diqtə dilində danışmaq mümkün deyil. Dünyanın pandemiya ilə üz-üzə qaldığı bir dövrdə Ümumdünya Səhiyyə Təşkilatının reytinqində Azərbaycanı nümunə göstərirlər. Dünyanın səhiyyə sahəsində uğur əldə etmiş iri Avropa ölkələrinin edə bilmədiklərini Azərbaycan etdi. Bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın güclü iradəsi sayəsində, xalqla həmrəyliyi sayəsində əldə edilmiş uğurlardır. Azərbaycan bu gün beynəlxalq aləmdə kifayət qədər uğurlara imza atıb və hazırda Azərbaycanın təcrübəsi dünya üçün bir nümunədir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …