Bazar , 7 Dekabr 2025
Drone Cameras

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

Son illərdə Azərbaycanda müəllimlik ixtisasına maraq artıb.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, 2015-2016-ci illərdə qəbul imtahanında ən yüksək – 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib.

Nazir müavini əlavə edib ki, 2016-cı ildə rekord sayda – 34 min nəfər müəllim mərkəzləşdirilmiş işə qəbul müsabiqəsində iştirak etmək üçün müraciət edib.

C.Bayramovun sözlərinə görə, hazırda “2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın 100-dən çox məzunu ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir: “Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün bütün şəraiti yaradacaq ki, gənclər də müəllimlərin potensialından faydalana bilsin”.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir