Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Ermәnilәrin Azәrbaycan torpaqlarında törәtdiklәri vәhşiliklәr tarixi faktlarla”

Bu günlәrdә Qazaxıstanın Türküstan şәhәrindә TÜRKSOYun xәtti ilə türkdilli ölkәlәrin kitabxana rәhbәrlәri vә yazarlarının konfransı keçirilib. Konfransda Bişkek şәhәri mәrkәzlәşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva da iştirak edib. Konfransa özü ilә Bişkekdәn hәlә 2009-cu ildә Türkdilli Dövlәtlәrin Siyasәtinә Dәstәk Fondunun sifarişi ilә nәşr edilәn “Ermәnilәrin Azәrbaycan tortaqlarında törәtdiklәri vәhşiliklәr tarixi faktlarla” kitabını nümayiş etdirib, kitabın nüsxәlәrini tәdbir iştirakçılarına hәdiyyә edib. “Olaylar” xəbər verir ki, ingilis vә rus dillәrindә nәşr edilən kitabın elmi rәhbәri AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, mәslәhәtçisi isə Oktay Әsәdovdur. Sözügedən kitab TÜRKSOYun tәşkilatçılığı ilә Qazaxıstanın Çimkәnd vilayәtinin Türkistan şәhәrindә keçirilən türkdilli dövlәtlәrin kitabsevәrlәrin konfransında sərgilənib. Kitabı sərgiyə Bişkek şәhәri Mәrkəzlәşdirilmiş Kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva təqdim edib. Sərgi guşəsində özünə yer alan kitab sonradan tәdbir iştirakçıları və kitabxanaya hәdiyyә edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir