FETÖ/PDY terror təşkilatına üzv olmaq ittihamı ilə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində istintaq başa çatıb.
Boyukmillet.com xəbər verir ki, Mübariz Mənsimovun 7 il 6 aydan 15 ilədək azadlıqdan məhrum edilməsini istənilməsi ilə bağlı məhkəmə iddiası qaldırılıb. İstanbul Baş Prokurorluğu tərəfindən 3 bölümdən ibarət 26 səhifəlik ittiham irəli sürülüb.
Mubariz Mənsimovun FETÖ/PDY terror təşkilatının Rsiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsi ilə araşdırma aparıldığı ifadə edilən iddianamədə “Atlantic İnternational School” adlı məktəbin direktorlar şurasındakı ad və fotoların olduğu internet linki ilə görüntülərində Mənsimovla yanaşı, terror təşkilatının üzvü Akın İpək, Harun Tokak və İhsan Kalkavanın da oduğu qeyd edilib.
İttiham aktında Rusiya/Moskva imamı olaraq adlandırılan Əhməd Hamdi Vuralın adının və fotoşəklinin məktəbin direktorlar şurası üzvləri arasında yer aldığı və müttəhim Mənsimovun FETÖ/PDY terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Salman Gülən ilə əlaqələrinin olduğu ifadə edilib.
Axtarışda olan İhsan Kalkavanın, FETÖ-nün 15 iyul 2016-cı ildə baş vermiş hərbi çevriliş cəhdindən sonra da müttəhimlə əlaqə quraraq, barəsindək ittiham aktından xəbərdar olduğu qiymətləndirilən iddinamədə terror təşkilatının rəhbərliyində olan bəzi şəxslərlə görüşən müttəhimin hüquqa zidd şəkildə maraqlarını təmin etdiyi müəyyənləşib.
Mənsimovun təşkilatın rəhbəri Fətullah Gülənlə üz-üzə görüşdüyü, hətta şəxsi əşyalarını alıb muzeydə nümayiş etdirməsi, xaricdəki məktəb və dərnəklərin fəaliyyətlərini davam etdirməsi üçün maddi yardım göstərdiyi bildirilib.
İttiham aktında Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatı ilə intensiv təmasının dekabrın 17-dən 25-dək olan dövrdən sonra da davam etdiyi və təşkilatın idarəçiləri ilə sıx təmas və əməkdaşlığın 2016-cı ilə qədər davam etdiyi qeyd edilib. Təşkilatın xarici struktur quruluşuna cavabdeh olan Ahmet Hamdi Vural ilə gizli bir görüş və əlaqənin olduğu, qeydlərin və müsahibələrin aşkarlanmasının qarşısını almaq üçün “Cammer” adlı danışıq cihazlarından istifadə olunduğu qeyd edilib.
Prokurorluq Mübariz Mənsimovun “Silahlı terror təşkilatına üzv olmaq” cinayətindən cəzalandırılması istənilib. O, yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində mühakimə olunacaq.