Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Əhaliyə XƏBƏRDARLIQ – Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq

“Paytaxt ərazisində daha əvvəl sərtləşdirilmiş karantin rejimində xidmət necə təşkil edilmişdisə, yenə də o formada davam etdiriləcək”.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev “report”a deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda həm postlar qurulacaq, həm də polis naryadları gücləndirilmiş rejimdə faəliyyət göstərəcək:

“Daha əvvəl paytaxt və digər ərazilərdə icaze.e-gov.az portalında hərəkətlə bağlı qərar ləğv olunandan sonra postlar da götürüldü. Amma 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək postlar da olacaq, polis naryadları da nəzərət edəcək”.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

Paylaş:

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …