Şənbə , 28 Mart 2026
Drone Cameras

Beyləqanda velosipedçini vuran avtomobil kanala aşıb

Daxili İşlər Nazirliyi (DİN) Beyləqan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Boyukmillet.com xəbər verir ki, iyunun 24-ü saat 08 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakini Sədiyar Eyvazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən qəsəbə sakini Ə.Mehdiyevi vurub və idarəetməni itirdiyindən Baş Mil kanalına aşırıb.

Sürücü hadisə yerində ölüb, Ə.Mehdiyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

S.Eyvazovun meyiti və avtomobil sudan çıxarılıb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …