Cümə , 22 Noyabr 2024
Drone Cameras

24 iyun Təbriz mərkəzli Azərbaycan Türk Dövlətinin elan günü olacaq – Cahandar BAYOĞLU

ELÇİBƏYİ DƏRK YÜKSƏLİŞDƏDİ

İyunun 24-də Əbülfəz Elçibəyin doğum günü Azərbaycanda və Türk Dünyasında anıldı. KİV-lərdə və sosial mediada Bəylə bağlı son illərin ən çox maraqla və diqqətlə izlənilən yazıları yazıldı. Hər kəs Bəyə olan sevgisindən, xatirəsindən yazdı.
Bəyə olan yanaşmada müxalifət cəbhəsinin “ağır topları” “İqtidar müxalifətə qarşı mübarizədə Elçibəyçiliklə savaşır” deyərək, Elçibəyi bir cinahın adamı səviyyəsinə endirməyə cəhdlər etdilər. Müxalifətin bu siyasətinin nə demək olduğu ayrı mövzu olsa da, bildirim ki, belə bir yanaşma Azərbaycanımıza, milli dövlət olmamıza, Elçibəyə qarşıdır. Siyasi aktyorlar öz amplualarında olsa da, dəyişən çox şey vardı. Toplumu aldatmaq cəhdləri enişə, xalq arasında Elçibəyi dərk etmək yüksəlişə doğru getməkdədir.

4 İYUN “HƏRBİ QİYAMI”, HÜQUQU-SİYASİ QİYMƏTİNİ ALMALIDIR

24 iyun 1993-cü ildə Elçibəyin Dövlət Başqanı olaraq yetkilərinin Milli Məclisdə alınaraq Məclis başqanına verildiyi gün kimi Azərbaycan tarixinin önəmli səhifəsi olacaqdır. Bu günün tarixi həqiqəti hələdə ziddiyətli olaraq qalmaqdadır. Nə qədər ki, müxalifətdə və iqtidarda olanların gerçək mahiyyəti açılmayıb, sivil siyasi mühüt formalaşmayıb, tarixi gerçəklik beləcə qapalı qalacaq. Amma gerçək olan odur ki, Ana Yasa quruluşu qorunmuşdur. Elçibəy isə yetkilərini saxlamaqla tarix yazmışdır. O da bir həqiqətdir ki, bu məsələ bağımsızlıq tariximiz, dünya üçün örnək, dərslik olacaq bir dövrdür. Son olaraq bunu da bildirmək istəyirəm ki, 4 iyun 1993-cü il tarixində baş vermiş “hərbi qiyam” özünün hüququ-siyasi qiymətini almadıqca bu qaranlıqlar aydınlanmayacaq.
 
BU GÖSTƏRİŞ MOSKVANIN SON PARADI OLACAQ
 
24 iyun 2020-ci il tarixində Türk Dövlətlərinə qarşı ənənəvi düşmənçiliyindən, işğal siyasətindən əl çəkməyən Moskva bizlərə və dünyaya qarşı II Dünya Savaşının sona çatması tarixini bəhanə edərək, hərbi güc nümayişi etdi. Nümayiş bəşəriyyətin ən qatı diktatoru İosif Stalin dövrünü, “stalinizmi” təbliğ etməklə əslində sovet faşizmini və rus şovinizmini nümayiş etdirmək niyyətlindəydi. Ortadoğuda, Ağ Dənizdə bütün mövqelərini itirən Moskvanın imperiya nostaljisini yaşadığını gördük. Bu hərbi paradı həm də imperiyanın ölüm ayağında gözəl görünmə əlaməti kimi də dəyərləndirmək olar. Məncə, paradda olan dövlət başçıları, ölən ayının onları yaralamaması üçün oradaydı. Bu göstəriş Moskvanın son paradı olacaqdır.
 
24 iyun tariximizə qızıl həriflərlə yazalacaq, Təbriz Mərkəzli Azərbaycan Türk Dövlətinin elan günü olacağına inanıram.
 
Cahandar BAYOĞLU,
Turan Partiyası GK Başqanı

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …