Milli Məclisin Sədri Sahibə Qafarova 26 İyun – Silahlı Qüvvələr günü münasibətilə “Facebook” səhifəsində paylaşım edib.
Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir:
“Şanlı Azərbaycan Ordusu 102 yaşını qeyd edir. Bu münasibətlə başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, Ordumuzun bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, Ordumuza əbədi mövcudiyyət arzu edirəm. Azərbaycan Ordusu Azərbaycan xalqı təhlükəsizliyinin, ölkə sərhədləri daxilində sülh və əmin-amanlığın təmin olunmasının əsas elementlərindən biridir”.