Avropada karantin rejimini yumşaldan 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge açıqlama verib. O, Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu deyib.
“Son 2 həftədə 30 ölkədə yoluxma hallarının sürətlə artması müşahidə olunur. 11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb və ciddi tədbilər görülməzsə, Avropa səhiyyə sistemini dağıtmaq təhlükəsi qarşısında qoya bilər”.
ÜST təhlükə zonasında olan 11 ölkənin Ermənistan, İsveç, Şimali Makedoniya, Qazaxıstan, Qırğızıstan, Albaniya, Bosniya və Hersoqovina, Ukrayna, Kosovo, Moldova və Azərbaycan olduğunu açıqlayıb. ÜST Almaniya və Portuqaliyada təkrar yoluxma hallarından narahatlıq ifadə edib. Digər tərəfdən, Polşa, İspaniya və İsraili virusa operativ reaksiya verdiyi üçün alqışlayıb.
Epidemioloqlar Braziliya, ABŞ və Avstraliya kimi ölkələrdə qışın gəlişi ilə virusla bağlı situasiyanın gərginləşməsindən narahatlıq ifadə edib./Modern.az