Dünyanın 130 -dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili ilə bağlı təşəbbüsünü dəstəkləməsi bir daha Azərbaycana və ölkə liderinə olan diqqət və rəğbəti nümüyiş etdirir.
Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
R.Qonaqov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi Azərbaycan rəhbərinin qlobal liderliyinin və qlobal baxışının göstəricisi olacaqdır:
“Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə koronovirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və vacib təbdirlər həyata keçirilir.
Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və onun Təhlükəsizlik Şurasının rolu görünmür. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi.
Azərbaycan Prezidentinin bu təşəbbüsünü BMT-nin 130-a qədər QH üzvü olan ölkəsinin dəstəkləməsi eyni zamanda , ölkəmizin beynəlxalq nüfuzunu dahada artırır.
Bu təşəbbüsə qarşı isə çıxan yeganə ölkə Ermənistan oldu. Bu isə bir daha bu ölkənin dünyadakı həmrəyliyə və birliyə qarşı olan riyakar və təcavüzkar mahiyyətini ortaya qoymuş oldu.
Düşünürəm ki, ən qısa zamanda BMT-yə üzv olan dugər ölkələr də bu baqda məlumatlandırılacaq və sessiya mümkün qədər tez bir zamanda təşkil olunaraq , baş tutacaqdır”.