Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Open.az-a verilən məlumata görə, sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

– Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı

– Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı

– Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı

– Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı

Check Also

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış …