Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyənin bank sektorunun aktivləri 18%-dək artıb

Türkiyənin bank sektorunun cəmi aktivləri bu ilin iyunun 1-nə ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% və ya 792,07 milyard TL artaraq 5 282,89 milyard türk lirəsinə (770,69 milyard ABŞ dolları) yüksəlib.

Boyukmillet. xəbər verir ki, bu barədə Türkiyə Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) “Türk bank sektorunun konsolidə edilməmiş əsas göstəriciləri” hesabatında bildirilib.

Hesabat dövründə ən böyük aktiv bölmələri olan kreditlər 19% artaraq 3 161,72 milyard TL ( 461,2 milyard ABŞ dolları), qiymətli kağızlar 37,8% artaraq 910,76 milyard TL-yə (132,8 milyard ABŞ dolları) çatıb.

Qeyd edək ki, eyni dövrdə bank sektorunun xalis mənfəəti 27,33 milyard TL (3,99 milyard ABŞ dolları) təşkil edib. Bankların ümumi kapitalı isə 11% artaraq 546,25 milyard TL (79,69 milyard ABŞ dolları), kapitalın adekvatlılığın standart nisbəti isə 19,44% olub.

Bankların resursları arasında ən böyük fond mənbəyi olan əmanətlər yanvar-may aylarında illik müqayisədə 15,9% artaraq 2 974,2 milyard TL-yə (433,89 milyard ABŞ dolları) yüksəlib. 

Check Also

Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir

O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir Ermənistanın Baş naziri Nikol Paşinyan sülh …