Şənbə , 28 Mart 2026
Drone Cameras

Gömrük Komitəsi “Veysəloğlu” şirkəti haqda protokolu məhkəməyə göndərdi

Dövlət Gömrük Komitəsi “Veysəloğlu” MMC barədə inzibati protokol tərtib edib.

Boyukmillet.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq.

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir. 

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …