Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Murad Dadaşov Xoşqədəmin həyat yoldaşını “Xəzər”ə gətirdi

“Xəzər” televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək.

Sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəli müğənni Doğuş ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən Doğuş “Xəzər” kanalında şou xarakterli veriliş aparacaq.

Proqramın adı “Doğuş şou” adlanır. Sözügedən veriliş yaxın vaxtlarda start götürəcək.

Qeyd edək ki, Doğuş “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramın aparıcısı və layihə rəhbəri Xoşqədəm Baxşəliyevanın həyat yoldaşıdır. 

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …