Cümə , 27 Dekabr 2024
Drone Cameras

Hitler 1984-cü ilə qədər ucqar kənddə yaşayıb– ABŞ təsdiqlədi

Amerikanın Federal Tədqiqatlar Bürosunun-FBR-in (orijinalda: FBİ) nasizmin lideri, dünyanın müasir siyasi xəritəsini dəyişən Adölf Hitlerin müharibədən 40 il sonraya qədər yaşamasından xəbərdar olduğunu əks etdirən fakt ortaya çıxıb.
FBR-in bəzi açıq məlumatlarını yaymaq hüququna sahib portallardan biri rəsmi ABŞ-ın  Adölf Hitlerin Argentinada yaşadığından xəbərdar olduğunu qeyd edib. Təbii ki, Adölf Hitlerin müharibənin sonunda ölmədiyi və Argentinada yaşadığı haqqında iddialara yeni deyil və bu, dünya mətbuatında da ara-sıra işıqlandırılıb. Lakin bu faktdan rəsmi ABŞ-ın və onun əsas güclərindən olan FBR-in xəbərdar olması yeni informasiyadır. Məqalədə bildirilir ki, artıq məğlubiyyətin qaçılmaz olduğunu anlayan Alölf Hitler sevgilisi Eva Braun və 50-yə yaxın yüksək rütbəli alman hərbçisi ilə sualtı qayıqla gizli şəkildə Argentinaya keçib. Orada ucqar kəndlərin birinə sığınan Hitleri çox güclü mühafizəçi dəstələr qoruyub. Hitler həmin kənddə də ço qalmayıb. Daha sonra Braziliyaya keçib. Məqalədə 1945-ci ildə Reyxstaqın binasına zəhər içərək özünü öldürən şəxsin Hitler yox, onun oxşarı olduğu deyilir. Tərəfdarları Hitleri qorumaq üçün bu vasitədən ustalıqla yararlanıblar.
 
Məsələnin ən maraqlı tərəfi isə ABŞ-ın bunu bilə-bilə nə məqsədlə heç bir addım atmamasıdır. Moderator.az

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir