Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

“Lotu Quli”nin tərəfdarları saxlanıldı – Təhlükəsizlik Xidməti əməliyyat keçirib + VİDEO/FOTO

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarları saxlanılıb.

Məlumata görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

“Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib”, məlumatda bildirilib.

https://www.youtube.com/watch?time_continue=3&v=LmarDPBQaA4&feature=emb_logo
img

Check Also

Bakıda avtomobil saxlamaq niyə problemə çevrilib? – ‘Azparkinq’ ətrafında narazılıq

“Azparkinq” MMC fəaliyyətə başlayanda paytaxt sürücülərində ümid yaranmışdı ki, illərlə yol kənarlarında hökm sürən qeyri-rəsmi …