Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Arvad mənimdir, özüm bilərəm!”- Aytəni döyən futbolçu

“Neftçi”, “Turan” və MOİK-in sabiq futbolçusu nigeriyalı Erik Obidikenin azərbaycanlı həyat yoldaşı Aytən Obidikeni vəhşicəsinə döydüyü haqda xəbər yayılıb. 

Qafqazinfo.az xəbər ki, keçmiş müdafiəçi məsələyə aydınlıq gətirib.

O, həyat yoldaşı ilə arasında problem olduğunu, lakin mətbuatda yazılanların şişirdildiyini bildirib: “Yoldaşlımla aramda problemlər var. Amma bu yazılanlar qədər şişirdiləcək məsələ deyil. Aytəndən də soruşdum və dedi ki, heç kimə bu barədə danışmamışam. Hansı kişi deyə bilər evində problem olmur?! Dalaşmışıqsa da, arvad mənimdir, özüm bilərəm! Başqa adama problem yaratmamışam ki? Guya, azərbaycanlı kişilərlə arvadları arasında mübahisə, dava-dalaş olmur? Dalaşdığımız düzdür, amma bu qədər də yox”.

Qeyd edək ki, futbolçunun ailəsindəki qalmaqalla bağlı ilk xəbəri Lent.az yayıb. Polisə müraciət edən A.Ubidige bildirib ki, Səbail rayonu Səməd Vurğun küçəsində həyat yoldaşı, Nigeriya vətəndaşı Erik Samuel Ubidige mayın 29-da onu döyərək xəsarətlər yetirib. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib, araşdırma aparılır. Sözü gedən cütlüyün Rəvan və Mələk adında iki övladları var.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir