Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək

Gürcüstanda qalan daha 200 Azərbaycan vətəndaşının vətənə təxliyəsi hazırlanır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Open.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar iyulun 11-də koronavirusla bağlı testdən keçiriləcəklər. Nəticələr 1 gündən sonra səfirliyə təqdim olunacaq.

Test nəticələri mənfi çıxan və COVID-19 pasportu veriləcək Azərbaycan vətəndaşları iyulun 13-dən xüsusi ayrılmış avtobuslarla Tbilisidən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, iyunun 23-də 178 Azərbaycan vətəndaşının vətənə çatdırılması təmin olunub.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …