Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq

Bundan sonra muzey yox, məscid kimi fəaliyyət göstərəcək Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı xalqa müraciətində bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, abidəyə giriş ödənişli olması artıq ləğv edilib və bundan sonra da Aya Sofya bütün dinlərdən olan insanlar üçün hər zaman açıq olacaq.

Qeyd edək ki, dünən Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərarı təsdiqləyib.

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …