Bazar , 22 Dekabr 2024
Drone Cameras

“Ulduz” Şokolad Fabriki Asiyanın ən iri sərgisində “Made in Azerbaijan” brendi ilə böyük marağa səbəb olub

Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub.

Bu barədə iyunun 4-nə qədər davam edəcək “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində iştirak edən Ulduz Şokolad Fabrikinin direktor müavini Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyevin sözlərinə görə fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, raqabət qabiliyyətli keyfiyyətli məhsullar ilə təmsil edir. Fabrik rəsmisi Ulduz şokolad fabrikinin özünün bir neçə yeni çeşidləri ilə də sərgiyə qatıldığını qeyd edib: “Olduqca qürürverici haldır ki, 150-yə yaxın ölkənin iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə böyük sevgi ilə təmsil edirik. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə edirlər. Bundan başqa Tailandın TV kanalları da Azərbaycanı təmsil edən Ulduz Fabriki haqqında maraqlanaraq geniş reportaj hazırlayıblar”.

Qeyd edək ki, 2016-cı ildə keçirilmiş “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisinə dünyanın 140 ölkəsindən 42 min izləyici qatılmışdı.

2001-ci ildən fəaliyyətə başlamış Ulduz Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir